PAŞİNYAN VƏ ARAİK MÜHARİBƏYƏ HAZIRLAŞIR – QARABAĞDA BARIT QOXUSU…

PAŞİNYAN VƏ ARAİK MÜHARİBƏYƏ HAZIRLAŞIR – QARABAĞDA BARIT QOXUSU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir. Tribuna.az-a danışan hərbi analitik Ramil Məmmədli belə hesab edir. Onun sözlərinə görə, ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələri göz qabağındadır. “Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsi pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur.


“Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.
Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxud da hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər”.

Tribuna.az