Münhendə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib.
Tribuna.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı məsələlərə toxunublar.









