PAŞİNYAN OSKANYANI 44 GÜNLÜK MÜHARİBƏ İLƏ BAĞLI KOMİSSİYADA GÖRÜŞƏ DƏVƏT EDİB

PAŞİNYAN OSKANYANI 44 GÜNLÜK MÜHARİBƏ İLƏ BAĞLI KOMİSSİYADA GÖRÜŞƏ DƏVƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri bilmək istəyir ki, keçmiş xarici işlər naziri Dağlıq Qarabağ üzrə danışıqlarla bağlı ona hansı məsləhətləri vermək niyyətindədir.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş xarici işlər naziri Vardan Oskanyanı debata çağırıb.

Parlamentin iclasında Paşinyan Oskanyanı 44 günlük müharibə ilə bağlı parlament komissiyasına gəlməyə və müharibədən əvvəlki danışıqlar prosesini müzakirə etməyə dəvət edib.
Paşinyanın sözlərinə görə, onu müəyyən addımlarda və müharibənin yaxınlaşmasında ittiham edən insanlar onun yerində olsaydılar, görəcəkləri tədbirləri addım-addım təsvir edə bilərlər.

“Vardan Oskanyanın nazir olduğu illərdə Madrid prinsipləri təqdim edildi ki, bu da danışıqlarda bu “qarışıqlığı” daha da gücləndirdi. Qoy 2018 və ya 2019-cu ildə mənə nə məsləhət vermək niyyətində olduğunu izah etsin”, – Paşinyan bildirib.

Baş nazir 44 günlük müharibənin səbəblərini və şəraitini araşdırmaq üçün komissiyanın qarşısına çıxmaq niyyətində olduğunu açıqlayıb. Paşinyanın sözlərinə görə, Oskanyan da ora gələ bilərdi (əvvəllər görüşdə iştirakdan imtina edirdi – red.), onlar vəziyyəti birlikdə müzakirə edəcəkdilər. Baş nazir özü də məsuliyyətdən yayınmayacağını və qaçmaq istəmədiyini vurğulayıb.
Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyətin kursunu, xüsusən də Qarabağla bağlı danışıqlarla bağlı dəfələrlə tənqid edib.