Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İstintaq İdarəsi Qaqik Tsarukyan və digər şəxslər tərəfindən xüsusilə külli miqdarda – 8 milyard 126 milyon 946 min 460 dram (21 milyon 72 min 827 ABŞ dolları) məbləğində əmlak və vəsaitlərin fırıldaqçılıq yolu ilə ələ keçirilməsi və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərini araşdırır.
Tribuna.az yazır ki, əldə edilmiş kifayət qədər dəlillər əsasında, şirkətin keçmiş baş direktoru, Direktorlar Şurasının sədri S.A. və şirkətin direktoru A.D.-yə qarşı Cinayət Məcəlləsinin 46-255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda dələduzluğa kömək etmə) və 46-296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda çirkli pulların yuyulmasına kömək etmə) ilə dövlət ittihamı irəli sürülüb.
5 avqust 2026-cı ildə prosesi aparan orqanın qərarlarına əsasən Sedrak Arustamyan və A.D. məhkəməyə təqdim edilmək məqsədilə həbs ediliblər. İstintaq davam edir.
Fərda Uğur









