PAŞİNYAN: “ERMƏNİSTAN KTMT MİSSİYASINI QƏBUL ETMƏYƏ HAZIRDIR”

PAŞİNYAN: “ERMƏNİSTAN KTMT MİSSİYASINI QƏBUL ETMƏYƏ HAZIRDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təkcə Rusiya deyil, Ermənistan da Azərbaycanla sərhəddə KTMT-nin müşahidə missiyasını yerləşdirməyə hazırdır”.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Milli Assambleyada jurnalistlərə verdiyi brifinqdə deyib.

“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz öz narahatlıqlarımızı qeyd etdik və mahiyyət etibarilə, mümkün missiyanın effektiv olmasına sadiqik. Bu, Ermənistan üçün, KTMT və region üçün vacibdir. Və biz bu istiqamətdə işimizi davam etdiririk”, – deyə baş nazir bildirib.

Aİ müşahidəçilərinin işinə gəlincə, baş nazir KTMT və Aİ missiyaları arasında fərq qoymağa çağırıb.

“KTMT-nin Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliyi var, Ermənistanın da öhdəlikləri var, xüsusən də 2022-ci ildə həm sədr, həm də üzv dövlət kimi bu öhdəlikləri tam yerinə yetirib. Aİ-nin missiyasını KTMT-nin missiyası ilə eyniləşdirmək olmaz. Ona görə də bizim KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından qat-qat yüksək olmalıdır”, – Paşinyan bildirib.

O xatırladıb ki, Aİ missiyası uzunmüddətlidir, o, cəmi 2 aydır fəaliyyət göstərir və hələ tam yerləşdirilməyib, hələ də prosesdədir.