Baş nazir müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı dövlətə xəyanət faktları ilə bağlı dindirildiyini bildirib.
“Bəli, məni çox təfərrüatlı şəkildə dindirdilər. Nə qədər lazımdırsa, məni dindirəcəklər”, – Paşinyan deyib.
O, müxalifəti Dağlıq Qarabağda 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb.
Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”, – Paşinyan bildirib.
Daha əvvəl Ermənistan hökumətinin başçısı bildirib ki, istintaqda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur, onların əksəriyyəti hərbçilərdir.









