PARLAMENT BİNASI BOŞALDILDI – BOMBA XƏBƏRDARLIĞI…

PARLAMENT BİNASI BOŞALDILDI – BOMBA XƏBƏRDARLIĞI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Haaqa şəhərindəki parlament binası bomba təhlükəsi səbəbindən boşaldılıb.

Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, binada qruplar tərəfindən axtarış aparılır.

Yerli polislər bildirib ki,Haaqa şəhərinin mərkəzindəki binada bir paketi araşdırıb və daha sonra insanların tərk etmələri barədə əmr verildikdən təxminən bir saat sonra yenidən içəri daxil olmasına icazə veriblər.

Hollandiyanın anti-islam siyasətçisi Girt Vilders evakuasiyaya səbəb olan və ona ünvanlanan saxta bomba olduğunu bildirib.

“Mənə ünvanlanmış oyuncaq ayı və naqillər olan paket parlamentin poçt otağına çatdırıldı”, – Vilders Tviter-də yazıb.