“PARK QUSAR” RƏHBƏRİ 4 NƏFƏRİN ÖLÜMÜNƏ GÖRƏ İSTİNTAQA ÇAĞIRILDI – ÖZƏL

“PARK QUSAR” RƏHBƏRİ 4 NƏFƏRİN ÖLÜMÜNƏ GÖRƏ İSTİNTAQA ÇAĞIRILDI – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Park Qusar” istirahət mərkəzində 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar obyektin sahibi istintaqa cəlb olunub. Bu barədə Tribuna.az-ın əldə etdiyi məlumata görə, istirahət mərkəzinin rəhbəri hadisə ilə bağlı istintaqda dindirilib. Onun cinayət məsuliyyətinə cəlb ediləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Baş vermiş hadisə ilə əlaqədar hazırda istintaq gedir. Xatırladaq ki, kottecdə baş verən yanğın nəticəsində Emin Babayev, Zülfiyyə Babayeva, Rauf Babayev və Rüstəm Dadaşov dünyasını dəyişib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.

Tribuna.az