Ermənistan Müdafiə Nazirliyi Suren Papikyanın NATO qüvvələrinin Avropadakı komandanlığı ilə konkret hansı məsələləri müzakirə etdiyini izah etmir.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfəri zamanı NATO-nun Avropadakı Ali Komandanlığının qərargahına baş çəkib.
Qərargahda nazirin NATO-nun Avropadakı qüvvələrinin komandanlığı ilə təntənəli qarşılanma mərasimi olub. Danışıqlarda Şimali Atlantika Alyansına üzv ölkələrin hərbi idarələrinin nümayəndələri də iştirak ediblər. Papikyanın NATO hərbçiləri ilə konkret hansı məsələləri müzakirə etdiyi açıqlanmır.









