ABŞ-İran danışıqları artıq dalana dirənib.
Tribuna.az xəbər verir ki, İran və ABŞ bir birilərinə təqdim etdikləri təklifləri qəbuledilməz adlandırıblar.
Bildirək ki, ABŞ prezidenti Doald Tramp atəşkəsin qüvvədə olma şansının 1 faizdən də az olduğunu bəyan edib. İran tərəfi isə hər şeyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Pakistan 38 günlük müharibədən sonra iki ölkə arasında yeganə vasitəçi rolunu oynayıb. Elə təkliflər də tərəflərə məhz İslamabad üzərindən göndərilib.
Dünən isə məlum olub ki, Pakistan İrana xəbərdarlıq edib. “Middle East Eye” saytının yaydığı xəbərə görə, İslamabad hökuməti Tehranla əlaqəyə girərək, bunun son şans olduğunu çatdırıb.
Fərda Uğur









