Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri baş nazirə cavab verib və ona Dağlıq Qarabağ üzrə danışıqların mahiyyətini başa salıb.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazirin onun ünvanına tənqidi fikirlərlə bağlı videomüraciətini yayımlayıb.
Keçmiş nazir bildirib ki, Madrid prinsipləri o demək idi ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi deyil və Nikol Paşinyanın mühakimələri kökündən yanlışdır.
10 il erməni diplomatiyasına rəhbərlik edən və danışıqlar prosesinin bütün nüanslarını bilən Oskanyan qeyd edir ki, Madrid prinsipləri Nikol Paşinyanın dediklərinin tam əksini nəzərdə tutur. Sabiq nazir əmindir ki, əgər Paşinyan 44 günlük müharibədən əvvəl onunla görüşüb onu dinləsəydi, o zaman hadisələr tamam başqa istiqamətdə inkişaf edə bilərdi.
Diplomat Madrid prinsiplərinin işlənib hazırlanmasında fəal iştirak edib. Ermənistanın maraqlarından irəli gələn və Dağlıq Qarabağın müvəqqəti statusu, referendumun keçirilməsi, təhlükəsizlik məsələləri, Ermənistanla quru dəhlizi ilə bağlı bütün müddəalar – bütün bunlar erməni tərəfinin səyi ilə orada təsbit edilib.
Keçmiş nazir bildirib ki, onun Madrid prinsiplərini şərh etməsi ilə bağlı Paşinyanın məntiqini başa düşmək çətindir. Eyni məntiqlə Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımağa çağıran Paşinyan bununla da Ermənistanı bütövlükdə və ya bəzi Ermənistan ərazilərini Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Üstəlik, Azərbaycanla danışıqlara girən Paşinyan 1991-ci ildə Ermənistanın müstəqilliyi ilə bağlı referendumu danlayırmı?
Onun iddialarına görə, bu gün hakimiyyət özlərinə haqq qazandırmaq üçün keçmişin nailiyyətlərini “tozlayır”. Savadlı siyasətlə bu nailiyyətlərdən yenidən istifadə etmək olar, onlar heç yerdə yoxa çıxmayıb. Bu, fundamental sənəddir, danışıqlarda hələ də erməni tərəfinə çoxlu fayda gətirə bilər və belə bir mirasdan imtina etmək son dərəcə ehtiyatsızlıqdır”.
Tribuna.az









