ORXAN ƏSGƏROVUN TABUTUNU İRANLI ƏSGƏRLƏRDƏN ALAN KİMLƏR İDİ?(VİDEO)

ORXAN ƏSGƏROVUN TABUTUNU İRANLI ƏSGƏRLƏRDƏN ALAN KİMLƏR İDİ? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı səfirliyimizə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi İrandan yola salınarkən qürurverici anlar yaşanıb.

Tribuna.az xəbər verir ki, şəhidimizin yola salınması zamanı orada olan Azərbaycandan gedən heyət İran əsgərlərinin şəhidimizin tabutunu daşımağa icazə verməyib.

Xüsusi geyimdə olan təxminən 6 nəfər şəhidimizin tabuçunu çiyninə alaraq iranlı əsgərləri uzaqlaşdırıblar. Yayılan kadrlardan da görünür ki, iranlı əsgərlər baş verənlərdən təəccüblənib və nə baş verdiyini başa düşmürlər.
Politoloq Əziz Əlibəyli bildirib ki, Orxan Əsgərovun cənazəsini gətirən komanda DTX-nin “Yarasa”ları olub:
“Maraqlı mesajdır. Bundan sonra Tehran zatən onlarla üz – üzə qaldı”.

Hərbi ekspert Ədalət Verdiyev də bu addımı alqışlayıb:
“Bizim şəhidi terroru dəstəkləyənlər daşıya bilməz. Ən doğru addımdır”.