İranın Xurrəmabad şəhərində iftar olmamış xidmət göstərən və qonaqlara yemək verən 8 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
Tribuna.az xəbər verir ki, sözügedən iş yerlərinin orucluq ayı qaydalarına riayət etmədyi deyilir.
Son bir həftə ərzində Xurrəmabad şəhərində ümumilikdə 78 iş yerinin orucluq ayı və məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən bağlanıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları səngidikdən sonra sərt şəriət qaydalarının tətbiqi gücləndirilib. Məcburi hicab qaydalarına riayət etməyənlər və oruc tutmayanlara qarşı cəzalar tətbiq edilir.









