ORDUDAN AÇIQLAMA – ATƏŞKƏS QƏRARI VERİLDİ

ORDUDAN AÇIQLAMA – ATƏŞKƏS QƏRARI VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu ilə toqquşan paramiliter güc olan Sürətli Dəstək Qüvvələri ABŞ-ın 24 saatlıq atəşkəs təklifini qəbul etdiklərini açıqlayıb.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Sudan ordusu bu gün saat 18.00-dan etibarən beynəlxalq tərəflərin təklif etdiyi 24 saatlıq atəşkəs çağırışına əməl edəcəklərini açıqlayıb.

Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq yerli vaxtla saat 18:00-dan başlayaraq 24 saat atəşkəsə əməl edəcəklərini bildirib.

Ordunun bəyanatında deyilir: “Bizim vasitəçilər və beynəlxalq ictimaiyyətlə atəşkəslə bağlı hər hansı koordinasiyadan xəbərimiz yoxdur. Üsyançıların 24 saatlıq atəşkəs elan etməsi onların sarsıdıcı məğlubiyyətini bir neçə saat ərzində ört-basdır etmək məqsədi daşıyır”.