ONLARDAN BİRİ VASİF TALIBOVUN YERİNƏ GƏTİRİLƏCƏK

ONLARDAN BİRİ VASİF TALIBOVUN YERİNƏ GƏTİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verdi və indi hamını düşündürən onun vəzifəsini kimin icra edəcəyidir.

Tribuna.az xəbər verir ki, hələlik V.Talıbovun vəzifəsini birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov müvəqqəti olaraq icra edəcək.
Müəyyən vaxtdan sonra isə Naxçıvan Ali Məclisinin VI çağırış deputatlarından biri onun vəzifəsinə gətiriləcək.
Naxçıvan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəfdir. 45 deputatın 10-u qadın, 35-i isə kişidi.
Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadovdur, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyevadır.

https://az.wikipedia.org/wiki/Nax%C3%A7%C4%B1van_Ali_M%C9%99clisinin_VI_%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F_deputatlar%C4%B1

Nigar

Tribuna.az