Ölmüş qadının adına 400 ədəd “Porsche” alınıb

Ölmüş qadının adına 400 ədəd “Porsche” alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda unikal hadisə qeydə alınıb.

Tribuna.az xəbər verir ki, qonşu ölkədə ölmüş qadının adına 400 ədəd Porsche gətirilib.
İranlı iqtisadçı Hüseyn Rağfər bununla bağlı bildirib ki, buna rəğmən heç kim bunu araşdırmağa cürət etmir. “Üç il əvvəl ölkəyə ölü və ya diri olduğu bilinməyən yaşlı bir qadının adına 400 ədəd “Porsche” markalı lüks avtomobil idxal edilib. Bu cür addmlara əl atanlar qanuni tədbirlərdən kənarda qalırlar. Hər kəs, hətta ölkənin Məhkəmə Sistemi, hökumət və parlament belə, bu insanların kim olduğunu bilsə də, heç kim onlarla üzləşməyə cürət etmir”.

Fərda Uğur