Hərbi ekspert Ədalət Verdiyev əhalinin Fransız şirkətlərini baykot etməyə çağırıb.
Tribuna.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ə.Verdiyevin fikrincə, Parisi elə bir şəkildə cilovlamalıyıq ki, bu, başqaları üçün də dərs olsun:
“Aidiyyəti qurum Azərbaycan ərazisində fəaliyyət göstərən Fransa şirkətinin siyahısını( mümkünsə satış obyektlərinin ünvanlarını) dərc etsin ki, vətəndaşlarımız və müttəfiqlərimiz fransız mallarını boykot edə bilsinlər.
Bizə qeyri dost münasibəti bəsləyən və Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlərə qarşı qanuni tədbirlər görməliyik”.









