Oğuzhan Koç və Demet Özdemirin möhtəşəm toylarından 8 ay sonra boşanma qərarı hər kəsi şoka salıb.
Türkiyə mətbuatına istinadla xəbər verir ki, pərəstişkarları cütlüyün ayrılıq səbəbləri ilə maraqlanırkən, Bircan Balidən “Sənə söyləməsəm”də maraqlı iddialar səsləndirib.
Bircan Bali Oğuzhan Koçun yaxın ətrafına “Arvadıma nə oldu? Bu evlilik niyə bitdi anlamıram?” dediyini bildirib.
O da məlum olub ki, cütlük evliliklərindəki böhrandan bir qədər əvvəl Alaçatıdan 15 milyon TL-yə ev alıb. İkilinin əmlak və toy zinət əşyalarını necə bölüşəcəyi hələlik məlum deyil.













