Son zamanlar bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir.
Tribuna.az xəbər verir ki, androloq Həmid Mustafayev problemin kökündə ailənin dayandığını hesab edir.
Onun sözlərinə görə, bu problemlər ailədən, xüsusilə də analardan başlayır. “Onlar oğlan uşaqlarını daim yanlarında saxlayırlar. Bəzən heç atalarının yanına buraxmırlar. Ona görə də bəzi oğlanlar qız kimi böyüyürlər. Əvvəllər oğlan uşaqları ataları ilə birlikdə gəzintiyə, yaxud balıq tutmağa, idmana gedirdilər, indi isə elə deyil. Anaları ilə gözəllik mərkəzlərinə yollanırlar”-deyə həkim fikrini bölüşüb.










