“Siyaqut”, “İnci”, “Amor”, “Vüsal” və “Çıraq Palace” şadlıq saraylarında və “Oazis” restoranında nöqsanlar aşkar edilib. Bu restoranlarda mənşəyi məlum olmayan heyvan ətlərindən istifadə edilib.
Tribuna.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi 26 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirib. Monitorinq zamanı adı çəkilən şadlıq saraylarında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Nigar









