NETANYAHUDAN NÖVBƏTİ XƏBƏRDARLIQ: “İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYƏM”

NETANYAHUDAN NÖVBƏTİ XƏBƏRDARLIQ: “İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin “Kanal 14” televiziyasına verdiyi müsahibədə öz səlahiyyəti daxilində İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib.

Tribuna.az-ın xəbərinə görə, o, başqalarının köməyi olsun və ya olmasın, bunu həyata keçirəcəyini vurğulayıb.

Eyni zamanda Amerika və İsrailin müdafiə nazirlərinin müavinləri Pentaqonda görüşərək beynəlxalq məsələlərin və ikitərəfli münasibətlərin müzakirəsi zamanı İranın regionda sabitliyi pozan fəaliyyətlərini dayandırmaq və nüvə silahı əldə etməsinin qarşısını alınması işinə iki ölkənin sadiq qaldıqlarını müzakirə ediblər.