Nəsimidə yanvar ayında səyyar qəbullar keçirilib – Fotolar

Nəsimidə yanvar ayında səyyar qəbullar keçirilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar ayında 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafikə uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib.

Tribuna.az xəbər verir ki, keçirilən 4 səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilib.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılıb.

Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilib.