Neftin qiymətində kəskin enişlər müşahidə olunur. Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi.
Tribuna.az xəbər verir ki, bu proqnozla millət vəkili Vüqar bayramov çıxış edib. Deputat bildirib ki, qiymətin azalmasını sürətləndirən səbəblər var%
“OPEC + alyansı hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir.
Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır”.
Millət vəkili bildirib ki, neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır:
“Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.
Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.
Bir çox mütəxəssis isə hesab edir ki, Neftin qiymətində enmə üşahidə olunursa, “Aİ 95” markalı benzininin qiyməti də düşməlidir.
“Tarif Şurası dünyada neft qalxanda ölkədə yanacağın qiymətini qaldırır ki, dünyada bahadır, xaricdən baha qiymətə alırıq. İndi isə neftin qiyməti düşüb, belə olduğu təqdirdə qiymət də düşməlidir”.
Nigar
Tribuna.az










