NEFT FONDU 8 MİLYARDDAN ÇOX ZİYAN EDİB – İQTİSADÇI ÇIXIŞ YOLU GÖSTƏRDİ

NEFT FONDU 8 MİLYARDDAN ÇOX ZİYAN EDİB – İQTİSADÇI ÇIXIŞ YOLU GÖSTƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı Natiq Cəfərli açıqlayıb ki Neft Fondu bu ilin ilk 9 ayında daşınmaz əmlak portfelinin idarəetməsindən, səhm bazarına qoyduğu yatırımdan ziyan edib (aldığı səhmlərin dəyəri bu il 17% ucuzlaşıb), avro, funt və yenin məzənnələrinin ABŞ dollarına nisbətən ucuzlaşmasına görə bu valyutalarda olan aktivlərinin dollara nisbətən dəyəri azalıb – ümumiyyətlə, Neft Fondu bu ilin ilk 9 ayında 8 mlrd. 706 mln. 200 min manat zərər edib. Tribuna.az məlumat verir ki, ekspert zərərlə bağlı suallar ünvanlayıb.


Onun sözlərinə görə, yaxşı, əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, Fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar, deməli istefa verməli, Fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir, onlar alınan qərarlara görə öz günah payları var.
Məsuliyyət bir qırağa, ehtimal edirəm ki, Fondun bütün CEO-ları il sonu yaxşı mükafat da alacaqlar…