“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubuna qayıtmaq istəyir.
Tribuna.az xəbər verir ki, bunu cənubi afrikalı hücumçu “telecomasia.net” saytına müsahibəsində deyib.
““Qarabağ” məni qaytarmaq üçün nə etməli olduğunu bilir. Əlbəttə ki, Azərbaycan klubuna qayıdıb orada daha 1-2 mövsüm oynamaq istəyərəm. Hər iki tərəf layihəyə sərmayə qoymalı və ona vicdanla inanmalıdır”.
Ndlovu Ağdam klubu ilə bağlı gözəl xatirələrinin olduğunu əlavə edib:
““Qarabağ”ın ürəyimdə xüsusi yeri var. Çünki əksər futbolçuların karyeraları boyu edə bilmədiklərini orada reallaşdırmışam. Bu, Azərbaycan klubu ilə Çempionlar Liqasının qrupunda iştirak etməklə tarix yazmaqdır”.









