NAZİRLİK QARABAĞDA İCARƏYƏ VERDİYİ TORPAQLARLA BAĞLI NİYƏ AÇIQLAMA VERMİR?

NAZİRLİK QARABAĞDA İCARƏYƏ VERDİYİ TORPAQLARLA BAĞLI NİYƏ AÇIQLAMA VERMİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi Qarabağda icarəyə verdiyi torpaqlarla bağlı heç bir informasiyanı açıqlamır, informasiya sorğularına cavab vermir.

Bu barədə Tribuna.az-a iqtisadşı Qabil Toğrul bildirib. Onun sözlərinə görə, Qarabağda ötən 2020, 2021 və 2022-ci illərdə neçə ha torpaq icarəyə verilib, şirkətlər hansı meyarlar əsasında seçilib, torpaqları hansı şirkətlər əkib, onlara dövlət büdcəsindən nə qədər subsidiya ödənilib kimi məsələlər KTN-nin cavablandırmaqdan nümayişkəranə şəkildə imtina etdiyi suallardır:

“Narahatlıq doğuran digər məsələ də bu sahədə ikili qanunvericilik normalarının yaradılmasıdır. Qarabağın işğaldan azad olunmuş ərazilərində torpaqların idarə olunması, təyinatının dəyişdirilməsi, icarəyə verilməsi və nəzarət funksiyaları əsasən KTN-nin əlində cəmləşdirilib. Azərbaycanın digər ərazilərində isə bu proses başqa cür tənzimlənir.
Qarabağ istisna olmaqla, Azərbaycanda dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi prosedurları Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” qanunla tənzimlənir”.

Nigar

Tribuna.az