Bu gün elə bələdiyyə sədrləri var ki, özbaşına fəaliyyət göstərirlər. 40-a yaxın belə bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik.
Bunu bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O qeyd edib ki, həmin bələdiyyə sədrləri nazirlik tərəfindən verilən müəyyən təklifləri qəbul etmirlər.
“Onlar bizim təkliflərimizi tətbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab etdik”, – deyə nazir müavini əlavə edib.









