NAZİR TÜRKİYƏYƏ BELƏ BAŞSAĞLIĞI VERDİ – FOTO

NAZİR TÜRKİYƏYƏ BELƏ BAŞSAĞLIĞI VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər naziri Ceyhun Bayramovun İstanbul şəhərində baş verən terrorla əlaqədar Türkiyə xalqına ünvanladığı  başsağlığı mətnindəki korrektə səhvləri diqqət çəkib.

Tribuna.Az xəbər verir ki, nazir mətndə durğu işarələrindən düzgün istifadə etməyib. Həmçinin mətndəki “ə” hərflərini “e” hərfləri ilə əvəz edib. Sosial şəbəkələrdə nazirin bu səhvi müzakirəyə səbəb olub.
Bir çox istifadəçi isə nazirlərin bu cür paylaşım mətnlərini köməkçilərinin etdiyini və səhvlərə də onların səbəb olduğunu bildirib. Bir istifadəçi isə qeyd edib ki, C.Bayramov bir neçə il də Təhsil naziri vəzifəsində qalsaydı, bu cür səhvlərə yol verməzdi.
Nazirin sözügedən paylaşımını təqdim edirik: