Naxçıvan Muxtar Respublikasının yeni rəhbəri Fuad Nəcəfli artıq işinin icrasına başlayıb. Yeni rəhbər işinə kabinetində oturub qərarlar verməklə deyil, xalq arasında çıxaraq sadə vətəndaşlarla görüşməklə başlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə Naxçıvan sakini Adəm Bağırov öz sosial şəbəkə hesabında paylaşım edib. Sakin şəhər gəzintisi zamanı yeni rəhbərlə qarşılaşıb və onunla səmimi foto şəkdirib.
O, fotonu “ilk gündən xalqın yanında” başlığı ilə paylaşıb.
Tribuna.az










