Naxçıvandakı yanğın söndürüldü -VİDEO

Naxçıvandakı yanğın söndürüldü -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binası yanıb.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğın şəhərin 2-ci mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.

Bina sakinləri təxliyə edilib. Əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaşayış binasında baş verən yanğının artıq söndürüldüyü bildirilir.Hazırda binada soyutma işləri aparılır.

İlkin ehtimala görə, yanğın elektrik xətlərində olan qısaqapanma nəticəsində baş verib.