NAXÇIVANDA RUSİYA,TÜRKİYƏ,İRANIN MARAQLARI TOQQUŞUR… ELƏ RƏHBƏR GƏLMƏLİDİR Kİ…

NAXÇIVANDA RUSİYA,TÜRKİYƏ,İRANIN MARAQLARI TOQQUŞUR… ELƏ RƏHBƏR GƏLMƏLİDİR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan adi bölgə deyil. Naxçıvanda Rusiya, Türkiyə, İranın maraqları toqquşub. Naxçıvanlıları idarə etmək də asan deyil. Onlar 30 il – blokada və despotizm şəraitində öz sözlərini deyiblər. Minlərlə sadə naxçıvanlının elementar hüquqları pozulub. İndi onlar 30 il onlara zülm edənlərin cavab verməsini istəyəcəklər. Ən əsas məsələ odur ki, Naxçıvana qeyri-naxçıvanlı rəhbərlik edə bilməz.

Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə jurnalist Azər Rəşidoğlu çıxış edib. O bildirib ki, yeni rəhbər mütləq Naxçıvanda yaşamalıdır:

“Naxçıvanda bölgənin taleyi həll edilir. Unutmayaq ki, Naxçıvan Vəzirov, Mütəllibov, hətta Elçibəyin liderliyi ilə razılaşmayıb. Bu bölgəni idarə etmək qəlizdir. Burada toqquşan xarici ölkələrin maraqlarını da unutmaq olmaz. Naxçıvan mühafizəkar bölgədir. Burada qadının rəhbər olması da az ağlabatandır. Mərd, sözünü deyən insanlardı. Vəzirovun səhvi o oldu ki, naxçıvanlıları yetərincə dəyərləndirə bilmədi”.

Nigar

Tribuna.az