Baş verənlər 80-ci illərin ən populyar serialı – “Sprut”u xatırladır. “Gömrük işi” üzrə Naxçıvan gömrüyünün vəzifəliləri, daha sonra isə maliyyə naziri də həbs edildi! Nəhayət ki, DTX bizim “Siciliya”mızda da hərəkətə keçdi.
Bu fikriləri Tribuna.az-a iqtisadçı Əkrəm Həsənov deyib. O bildirib ki, ölkədə ən yaxşı əməliyyatçı və ən yaxşı istintaqçı Naxçıvandadır:
“Nahaq yerə hüquqşunaslar yoldaşın adını “Komissar Kattani” qoymayıblar ki! İstintaqdakı manevrə bir baxın! İşlərin detalları mənə çox maraqlıdır. Serialın davamını gözləyirik!
Naxçıvan deputatlarının taleyi də çox maraqlıdır. Konstitusiyasına görə onun deputatlarının toxunulmazlığına yalnız Ali Məclisinin qərarı ilə xitam verilə bilər”.
Nigar










