NAXÇIVANDA 2 MİLYARD MƏNİMSƏNİLİB? – MARAQLI DETAL

NAXÇIVANDA 2 MİLYARD MƏNİMSƏNİLİB? – MARAQLI DETAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DTX Naxçıvanın maliyyə naziri Rafael Əliyevi 144 milyon manat mənimsəmək şübhəsi ilə Bakıya gətirib, Səbail Rayon Məhkəməsi artıq onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Keçən həftə də Naxçıvanda gömrükdə bir şöbə rəisi 132 milyon mənimsəməkdə ittiham edilmişdi.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə ictimai fəal Bəxtiyar Hacıyev çıxış edib. O bildirib ki, Naxçıvanda çox yox, 20 belə məmur olsa, hərəsi 100 milyondan elə 2 milyard manat rəsmi oğurluq oradan çıxacaq:

“Hələ bunlar adlarını ilk dəfə eşitdiyimiz məmurlar idi. Bakıda dövlət qurumlarının (nazirlik, komitə, agentlik, mərkəz, fond və s.) rəhbərlərini, saylarını, təxmini məbləğləri düşünün. Sonra da övladına dərman almağa pul tapmayanda sosial şəbəkələrdə kömək gözləyənlər”i.

Nigar