“Azərbaycan Hava Yolları” aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri bərpa edib.
Tribuna.az xəbər verir ki, AZAL sərnişinlərin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
Dekabrın 17-nə planlaşdırılan “J2-251” (saat 07:00) və “J2-253” (saat 11:50) nömrəli reyslər dekabrın 19-u yerli vaxtla saat 16:00-da, Bakı-Naxçıvan marşrutu üzrə bu günə planlaşdırılan “J2-252” (saat 10:20) və “J2-254” (saat 15:10) nömrəli reyslər isə bu gün yerli vaxtla saat 18:20-da həyata keçiriləcək.
Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
Nigar
Tribuna.az









