NAVALNI HƏBSDƏ BU HALA DÜŞDÜ – FOTO

NAVALNI HƏBSDƏ BU HALA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 ilə yaxındır həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının son fotosu görənlərin təəccübünə səbəb olub.

Tribuna.az xəbər verir ki, müxalifətçi arıqlayaraq tanınmaz hala düşüb. Onun fotosunu fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.
O paylaşımına bu sözləri də əlavə edib: “2023-cü ildə Rusiyada azad insanın portreti”.
46 yaşlı müxalifətçinin həbsdə olduğu müddətdə xeyli arıqladığı, tanınmaz hala düşdüyü görünür.

Qeyd edək ki, 2021-ci ilin fevralında A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
2022-ci ilin martında isə o, dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tribuna.az