NATO-nun baş katibi Stoltenberq prezident Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün Türkiyəyə gələcəyini açıqlayıb.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Stoltenberq NATO Müdafiə Nazirləri Toplantısının sonunda keçirdiyi mətbuat konfransında sual üzərinə NATO-nun Türkiyəyə verdiyi dəstək və Türkiyə səfəri ilə bağlı məlumat verib.
Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı və dəstəyini ifadə etdiyini vurğulayan Stoltenberq, “NATO müttəfiqləri, tərəfdaşları və NATO dəstəyini artırdı” deyib.
“Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm”
Stoltenberq NATO-nun müttəfiqlərin köməyinə əlavə olaraq sığınacaq obyektləri göndərəcəyini xatırladıb və bir neçə gün ərzində Türkiyəyə göndəriləcəklərini bildirib.
Prezident Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmək, həmrəylik və başsağlığı vermək üçün Türkiyədə olacağam”. Stoltenberq görüş zamanı NATO və müttəfiqlərin yardımlarının koordinasiyasını da qiymətləndirəcəyini bildirib.
Tribuna.az









