MÜXALİFƏT YAP-IN YUBİLEYİNƏ GETMƏMƏLİ İDİ? – TƏNQİDLƏRƏ SƏRT CAVAB

MÜXALİFƏT YAP-IN YUBİLEYİNƏ GETMƏMƏLİ İDİ? – TƏNQİDLƏRƏ SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AĞ Partiya funksioneri Cavid Hacıbəyli siyasi təşkilatların YAP-ın 30 illiyində iştirakına görə səslənən tənqidlərə cavab verib.

Tribuna.Az onun faktlarla dolu çıxışını təqdim edir:

“YAP-ın dəvəti ilə qonaq qismində qurultayda iştirak edən müxalif partiya sədlərini təhqir edən bir qrup şəxs ləyaqətini itirib. Onların içində siyasi mənsubiyyəti olanlar və olmaylar da var.
1999-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 10 illik yubileyi Bakıda keçirilmişdi. YAP da rəsmən dəvət almışdı, YAP tərəfdən həmin qurultayda partiyanın təşkilat şöbəsinin müdiri Siyavuş Novruzov, ideologiya şöbəsinin müdiri Səyyad Aran təmis olunmuşdu.
Həmin dövrdə YAP-ın iştirakı da doğru qərar, rəhmətlik Elçibəyin siyasi mədəniyyətinin göstəricisi idi. Hətta mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev bir neçə dəfə görüşüb müzakirələr aparmışdı.

 

Lakin hər iki tərəfin günahları üzündən iqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsinə qaldırıldı və indiyə kimi davam etdirilir.
Bu səbəbdən minlərlə insan bir-birinə düşmən kəsildi, minlərlə insan siyasi mövqeyinə görə rəsmi heç yerdə iş də tapa bilmədi, hətta işləyənlər də işlərini itirdi. Kimsə buna bəsit bir yanaşma kimi baxa bilər, lakin bu ölkənin gələcəyi üçün çox önəmli məsələdir. Həmin o sədrlər nə üzvlərini qoruya bildilər, nə də onlara bir faydalı yol göstərdilər. Lakin özləri üçün, öz övladları, ailələri üçün yaxşı və yağlı tikələri hər zaman alıblar. İqtidardakı 5-ci kolondan və xaricdən göndərilən pullar hesabına öz rifahlarını təmin etdilər və edirlər.

Qardaş Türkiyədə tənqidi yanaşmalarına rəğmən milli və dini bayramlarda, yubiley tədbirlərində partiyalar, o cümlədən iqtidar və müxalifət partiyalarının rəsmi şəxsləri bir-birini ziyarət edir.
Bu yaxınlarda Kılıçdaroğlunun qardaşının vəfat etməsi münasibətilə Ərdoğan ona başsağlığı verdi.
Biz niyə Türkiyədəki kimi siyasi münasibətlər qurmayaq? Siyasi mövqelərinə görə müxalif partiya üzvlərinin hətta dövlət və özəl sektorda işləməsinin normal qarşılanması nümunəsini də Türkiyədən götürmək lazımdır.

Əlbəttə bugünkü tədbirdə iştiraka görə onları tənqid etmək hər kəsin öz şəxsi düşüncəsidir, tənqid ola bilər. Mən təhqir və aşağılayan şəxsləri, məsğərəyə qoyub aşağılayanları və onlara bu göstərişi verən digər partiya sədrlərini və ümumiyyətlə təhqir edən hər kəsi nəzərdə tutaraq onları ləyaqətsiz güruh adlandırıram.

Özlərini barışmaz partiya hesab edən partiyaların zəka qıtlığı olan sədrləri xarici səfirliklərin dəvətinə gecikmir, tədbirlərində xoşbəxt pozalarda şəkillər paylaşır, səfirlərlə görüşlərdə sevə-sevə iştirak edir. Hansısa beynəlxalq, xarici qurumların nümayənləri ilə görüşü ayıb saymırlar. YAP-ı partiya kimi qeydiyyata 1992-də sizin təmsil olunduğunuz hökumət alıb. Amerikanın quruluş günündə səfirliyə gedirlər, lakin qeydiyyata aldıqları YAP-ın tədbirinə dəvət alanları guya topa tuturlar. Siyasəti də riyakarlıqla aparırlar.

Dünyada bir-birinə ən qatı münasibəti olan dövlətlərin başçıları belə görüşüb müzakirələr aparıb ortaq yol tapırlar. Çünki siyasətin gərəyi budur.

Siz nə etsəniz də, nə desəniz də Ağ Partiya Azərbaycan siyasətinə inşallah yeni nəfəs gətirəcək.

Nigar