Türkiyədə İYİ Partiyasının başqanı Meral Akşener xəstəxanaya yerləşdirilib. Tribuna.az Türkiyə mediasına istinadən yazır ki, məlumatı partiya yayıb. Akşener ürəyində narahatlıq hiss edib və dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu və yanvarın 14-də evə buraxılacağı deyilir. CHP lideri Kamal Kılıçdaroğlu onu ziyarət edib.









