“Muğan Kitt” şirkəti barəsində mülkiyyət əleyhinə olan (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) inzibati xəta protokolu tərtib edilib.
Tribuna.az FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə görə, İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir
İş İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun icraatındadır.









