“Muğan bank” Mudafiə Sənayesi Naziriliyinin 4 qurumunu məhkəməyə verib.
Tribuna.az xəbər verir ki, işə Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.
Cavabdeh tərəflər “Üfüq İstehsalat Birliyi” MMC və “Radioquraşdırma zavodu” MMC-dir.
Bankın iki dövlət qurumunu məhkəməyə vermə səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və kredit müqaviləsi üzrə yaranmış mübahisələrdir.
Bu günə qədər tərəflər arasında 5 məhkəmə prosesi keçirilib. Növbəti proses 18 yanvar tarixinə təyin edilib.
Nazirliyin məhkəməyə verilən digər iki qurumu isə “Azon zavodu” və “Optika-Mexanika İstehsalat Birliyi” MMC-lərdir.
Bankla iki qurum arasında məhkəmə çəkişməsi də müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və kredit müqaviləsi üzrə mübahisələr səbəbindən yaranıb. 17 yanvar tarixinə təyin edilən işə Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.
Bu günə qədər tərəflər arasında 4 proses baş tutub.
Tribuna.az









