“MUĞAN BANK” DÖVLƏT QURUMLARINI MƏHKƏMƏYƏ VERDİ

“MUĞAN BANK” DÖVLƏT QURUMLARINI MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muğan Bank” dövlətin 4 strateji qurumunu məhkəməyə verib.

Tribuna.az -a daxil olan məlumata görə işə Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Bank “Üfüq” İstehsalat Birliyi MMC və “Radioquraşdırma zavodu” MMC-yə qarşı iddia irəli sürüb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Sentyabrdan başayan məhkəmə prosesi üzrə 4 dəfə iclas keçirilsə də, proses dəfələrlə təxirə salınıb.

Sözügedən bank eyni iş üzrə “Azon Zavodu” MMC və “Optika-mexanika istehsalat birliyi” MMC-ni də məhkəməyə verib. Bu işə isə Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılıb.
İki iclas keçirilib. 15 dekabr tarixində növbəti məhkəmə prosesi baş tutacaq.

Nigar

Tribuna.az