Londonda Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir.
Tribuna.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli bu məlumatı paylaşıb. Onun sözlərinə görə, bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Cavanşir Həsənli məlumat yayıb. Dediyinə görə, restoran Londonda fəaliyyət göstərən iki şirkət – FOLEY’S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib.















