Moskva Birjası çökdü – “Qazprom”un səhmələri 30 faiz ucuzlaşdı

Moskva Birjası çökdü – “Qazprom”un səhmələri 30 faiz ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Qazprom” şirkətinin səhmləri hərracların açıldığı ilk dəqiqələrində 29,7% ucuzlaşıb. Moskva Birjası İndeksi 8,7% azalaraq Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən aşağı səviyyəyə düşüb.

Maliyyə analtikiləri kəskin düşməyə səbəb kimi Ukraynada müharibənin kəskinləşməsi və səhmdarlara dividentlərin verilməyəcəyini göstərirlər. Qeyd edək ki, 10 oktyabr bazar ertəsindən “Qazprom” səhmlərinin alıcıları 2022-ci ilin birinci yarısı üçün dividend ala bilməyəcəklər. Səhmdarlar yığıncağının qərarı ilə onlar şirkətin tarixində bir səhm üçün 51,03 rubl müəyyən ediblər.

Kəskin eniş səbəbindən ticarəti dayandırmamaq üçün Moskva Birjası “Qazprom” səhmləri üçün diskret hərrac elan edib, bundan sonra onların dəyəri korreksiyaya başladı.

2022-ci ilin birinci yarısının nəticələrinə görə, “Qazprom”un xalis mənfəəti ötən illə müqayisədə 2,6 dəfə artaraq 2,51 trilyon rubla çatıb. Əhəmiyyətli artıma səbəb Avropada yüksək qaz qiymətləri olub.

Rusiyanın Ukraynaya müdaxiləsi, COVID-19 epidemiyasının nəticələri və qlobal iqtisadi böhran səbəbindən Avropada qazın qiyməti keçən illə müqayisədə on dəfə bahadır.

2022-ci ilin iyununda “Qazprom” texniki xidmətlə bağlı çətinlikləri əsas gətirərək “Şimal axını 1” qaz kəməri ilə Avropaya tədarük həcmini əhəmiyyətli dərəcədə azaldıb və sentyabrın 2-dən “texniki problemlərə görə” qazın nəqli dayandırılıb.

Aİ ölkələri Rusiyanı qazdan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edir. Moskva bu ittihamları rədd edir.

Sentyabrın sonunda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib. İlkin məlumatlara görə, “Şimal axını 2” borularından biri toxunulmaz qalıb. Bu qaz kəməri istifadəyə verilmədi: Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ona qarşı sanksiyalar tətbiq olundu.