MOPEDLƏRİ NÖMRƏSİZ VƏ VƏSİQƏSİZ SÜRMƏK OLAR – QANUN LAYİHƏSİ

MOPEDLƏRİ NÖMRƏSİZ VƏ VƏSİQƏSİZ SÜRMƏK OLAR – QANUN LAYİHƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yol Hərəkəti haqqında” Qanuna mopedlərin dövlət qeydiyyatına alınacağını və moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb ediləcəyini nəzərdə tutan dəyişiklik layihəsi ilə tanış oldum. Layihənin mopedlərə heç bir aidiyyəti yoxdur. Söhbət əslində motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirilməsindən gedir.

Tribuna.az xəbər verir ki, qanun layihəsindən danışan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, bu dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur:

“Mopedləri yenə də qeydiyyatsız (nömrəsiz) və vəsiqəsiz sürmək mümkün olacaq. Sadəcə olaraq, real konstruksiya sürəti 50 km/saat-dan çox olan (bəzən hətta 80-90 km/saat olan), lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən az olduğuna görə indiyə qədər yanlışlıq səbəbindən qeydiyyata alınmayan kiçik motosikletlər də qeydiyyata alınacaq, onları idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq”.

Nigar

Tribuna.az