MOLLA REJİMİ XALQI DƏHŞƏTLİ KİMYƏVİ QAZLA BOĞUR – İRAN OD İÇİNDƏ…

MOLLA REJİMİ XALQI DƏHŞƏTLİ KİMYƏVİ QAZLA BOĞUR – İRAN OD İÇİNDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran artıq iki gündür türklər, ərəblər və kürdlər yaşayan vilayətlərdə etirazçılara qarşı döyüş zonalarında belə qadağan olunmuş zəhərli qazdan istifadə edir.

Bu barədə Tribuna.az-a siyasi şərhçi Yeganə Hacıyev danışıb. Onun fikrincə, bu , mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid xlorobenzalmalondinitril kimyəvi qazıdır:

“Qadağan olunmuş bu kimyəvi qazla havasızlıq, nəfəs yollarını yandırma, ürəkçatışmazlığı kimi fəsadlarla etirazçıları zəhərləyir və öldürürlər. Ən ciddi fəsadlarından biri isə reproduktiv sistemin sıradan çıxarması təsiridir.

 


Yerli insan haqqları təşkilatlarının məlumatlarına görə, təhlükəsizlik qüvvələri etirazlarda ən çox qadın , xüsusi ilə uşaqları Azərbaycan türkləri, ərəblər və kürdlərin yaşadığı bölgələrdə öldürürlər. Etirazlar bütün İran boyu davam etsə də, reproduktiv sistemi sıradan çıxaran qadağan olunmuş kimyəvi qazın istifadəsi, öldürülənlərin , xüsusi ilə öldürülmüş qadın və uşaqların diğər millətlərin yaşadığı bölgələrdə olmasını nəzərə alsaq , demək , iran hakimiyyəti bu etirazları etnik qruplarla hesablaşmaq üçün yeni bir imkan kimi dəyərləndirir”.

Y.Hacıyevanın fikrincə, bunun günahı İran hakimiyyəti ilə paralel , BMT İnsan Haqqları Şurası , BMT İnsan Haqqları komissarı və çoxmilyardlıq beynəlxalq insan haqları industriyasının riyakarlığındadır.

Nigar