MİSİRLİ BLOGERDƏN EKO-AKSİYAYA DƏSTƏK – FOTO

MİSİRLİ BLOGERDƏN EKO-AKSİYAYA DƏSTƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin tanınmış blogeri Əmr Al-Gizi öz instaqram səhifəsində Xankəndi yolunda 14 gündür davam edən eko-aksiyaya dəstək verib.

Tribuna.az xəbər verir ki, misirli bloger aksiya ilə bağlı İnstaqram hesabında paylaşım edib. O, Azərbaycan torpaqlarında təbii resursların qeyri-qanuni şəkildə çıxarılmasına son qoyulmasını tələb edən şüar paylaşıb.

Ə.Gizi bu yaxınlarda “Show me Azerbaijan – Beynəlxalq Blogerlərin Şuşa Düşərgəsi” layihəsi çərçivəsində də Qarabağa səfər edərək öz yutub kanalında ayrıca videoreportaj yerləşdirmişdi. Reportajda Qarabağda baş verən dağıntılar öz əksini tapmışdı. Tanınmış bloger Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, eləcə də Qarabağın mədəniyyətindən bəhs edib.

Nigar