MİSİR TANRISININ MƏZARINDA TİMSAH KƏLLƏLƏRİ…

MİSİR TANRISININ MƏZARINDA TİMSAH KƏLLƏLƏRİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qədim Misirin Yeni Krallıq Dövrünə aid iki zadəganın 4000 illik məzarlarında doqquz timsah kəlləsi tapılıb. Mütəxəssislər bu kəşfin “dövründə ilk” olduğunu bildiriblər.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəllə sümükləri mumiyalanmayıb, qorunub saxlanılması üçün heç bir tədbir görülməyib və yalnız parçaya bükülü olub.

Təhlil zamanı məlum olub ki, heyvanlar Nil çayında yaşayan timsah növü olan Crocodylus niloticusdur.

Qədim Misirdə timsahlar müqəddəs sayılırdı. Timsah kəlləsinin qoyulduğu məzarlardakı insanların qədim Misir tanrılarından biri olan timsah üzlü Sobek tərəfindən qorunacağı düşünülüb.

2013-cü ildən məzarları qazan Varşava Universitetinin komandası hesab edir ki, timsah başları “mərhuma axirət səyahətinə kömək etmək üçün” qoyulub.
“Bu, qeyri-adi kəşfdir. Bu, Misir tədqiqatları tarixində belə bir ilkdir”, – arxeoloji qrupun rəhbəri Patrik Çudzik bildirib.