MİRZOYAN OLSONLA GÖRÜŞDƏ AƏZRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ ETDİ

MİRZOYAN OLSONLA GÖRÜŞDƏ AƏZRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərəflər regionda sabitliyin yaradılması, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşündə Bakının Ermənistan Respublikası və Dağlıq Qarabağla bağlı aqressiv və döyüşkən ritorikadan, maksimalist istəklərdən imtina etməsinin vacibliyini müzakirə ediblər.

ER XİN-in mətbuat xidmətinin məlumatına görə, Mirzoyan Ermənistanın sülh prosesinə sadiqliyini təsdiqləyib.

Qeyd olunur ki, aprelin 18-də baş tutan danışıqlarda tərəflər regionda sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, bütün iqtisadi və hərbi əlaqələrin blokunun açılması ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin Ermənistan-ABŞ ikitərəfli gündəliyində duran məsələlər, o cümlədən strateji dialoq ətrafında fikir mübadiləsi aparılıb.
Amerikalı diplomat bundan əvvəl İrəvana səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.