MİLLƏT VƏKİLİ: “TƏLƏBLƏR YERİNƏ YETİRİLƏNƏ KİMİ AKSİYA DAVAM ETMƏLİDİR”

MİLLƏT VƏKİLİ: “TƏLƏBLƏR YERİNƏ YETİRİLƏNƏ KİMİ AKSİYA DAVAM ETMƏLİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa-Laçın yolunda ekoaktivistlərin həyata keçirdiyi aksiyanın 9-cu günüdür. Biz müşahidə edirik ki, aksiyaya qoşulanların sayı bu 9 gün ərzində durmadan artır. Aksiya iştirakçıların tələbləri də, şüarlar da artmaqdadır. Aksiyanın hələlik heç bir nəticə əldə etməməsinin səbəbi rusiyalı sülhməramlıların, onların komandanlığının Rusiyadan tapşırıq almamasıdır.

Bu sözləri Tribuna.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib. O qeyd edib ki, sülhməramlıların komandanı Volkov aksiyaçıların qarşısına cəsarət edib çıxa bilmir:

“Bizim tələblərimiz konkret və aydındır. Azərbaycan cəmiyyəti sülhməramlıların mövqeyini anlamır və onlara etimad göstərmir. Çünki mülki vətəndaşlarımız, hərbçilərimiz hələ də işğaldan azad edilən ərazilərdə mina qurbanına çevrilir. Bu minaların əksəriyyəti bizim ərazilərimizə 44 günlük müharibədən sonra 2021-2022-ci illərdə basdırılıb. Maraqlıdır ki, o minaları basdıranlar bizim ərazilərə neçə və haradan keçib? Bəllidir ki, rusiyalı sülhməramlılar onların hərəkətinə heç bir problem yaratmır. Əgər belədirsə, o zaman o sülhməramlıların orada nə işi var? Onlar hansı vəzifəni icra edirlər?
Sühməramlılar əgər təkcə bir tərəfi qoruyub, bir tərəfin istəklərini həyata keirirsə o zaman onun adı niyə sülhməramlıdır? Məhz bu səbəbdən Azərbaycan sözügedən yolda gömrük postlarımızın qurulmasını tələb edir”.
Deputat bildirib ki, aksiya iştirakçılarının digər bütün tələbləri nəzərə alınana, həyata kekirilənə qədər aksiya davam etdirilməlidir:

“Rusiya sülhməramlıları və onların başbilənləri bu haqda yaxşı düşünməlidir”.

Nigar

Tribuna.az