“MİCROSOFT AZERBAİJAN” BAĞLANIR

“MİCROSOFT AZERBAİJAN” BAĞLANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır”

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

“Bəlkə də son illərdə ilk dəfədir ki, İT sektorla bağlı məlumatı belə qüssəli ovqatda yazıram.
Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.
Artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.
Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar.
Görünür ki , Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.

Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır.
Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim.
Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur.
Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır.

Ümumiyyətlə son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı.
Xatırladıram ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb.
Microsoft-un Rusiya ofisinin 500 dən çox işçisi bir anda çölə atılıb.
Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır”.